2026-cı il dünya çempionatının pley-off mərhələsinə vəsiqəni təmin etmiş Türkiyə millisi mundiala birbaşa yüksəlmə şansını da qoruyur.
Sportnet.az xəbər verir ki, E qrupundan qrup qalibi kimi vəsiqənin taleyinə son turun İspaniya - Portuqaliya görüşündə aydınlıq gələcək.
Hazırda İspaniyanın 15, Türkiyənin 12 xalı var. Bu komandalar noyabrın 18-də Sevilya Olimpiya Stadionunda qarşılaşacaqlar. Son tur öncəsi İspaniyada top fərqi +19 (19-0), Türkiyədə isə +5 (15-10) kimidir. Bu isə o deməkdir ki, qrup qalibi olmaq üçün "ay-ulduzlular" indiyədək qapısından bir top belə buraxmayan rəqibini ən azı 7:0 hesabı ilə məğlub etməlidir. Bu komandaların Konyada keçirilmiş II tur görüşündə İspaniya 6:0 hesablı qələbə qazanıb.
Reqlamentə əsasən, xallar bərabər olduqda komandalar arasındakı şəxsi oyunlar yox, onların hərəsinin seçmə tsikldəki top fərqi əsas götürülür.
Qeyd edək ki, İspaniya - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.









































































