Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli məlum olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin altı oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
“Şahdağ Qusar” klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından, “Turan Tovuz“la oyun Sumqayıt şəhərindəki “Socar Polymer Arena”da baş tutacaq.
Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün “Difai” – “Sumqayıt” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Premyer Liqa iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.
Azərbaycan Kuboku, 1/8 final
2 dekabr (çərşənbə axşamı)
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”
“SOCAR Polymer Arena”
19:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
3 dekabr (çərşənbə)
14:00. “Şamaxı” – “Baku Sportinq”
Şamaxı şəhər stadionu (canlı / pfl.az)
14:00. “İmişli” – “Sabah”
Quba OİK stadionu
19:00. “Qarabağ” – “Karvan-Yevlax”
“Azersun Arena”
4 dekabr (cümə axşamı)
15:00. “Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu
19:00. “Araz-Naxçıvan” – “Kəpəz”
“Liv Bona Dea Arena”
19:00. “Difai” – “Sumqayıt”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (canlı / pfl.az)










































































