UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun ilk oyun gününə yekun vurulub.
Sportnet.az xəbər verir ki, gecənin qarşılaşmalarından bəziləri gözlənilməz hesablarla yekunlaşıb.
İspaniya "Barselona"sı ötən tur "Qarabağ"a məğlubiyyətdən qurtulan "Çelsi"yə İngiltərədə böyük hesabla uduzub - 0:3.
Əvəzində "Dumanlı Albion"un digər təmsilçisi "Mançester Siti" evdə Almaniya "Bayer"inə yenilib - 0:2.
Bundesliqanın daha bir komandası "Borussiya Dortmund" İspaniya "Vilyarreal"ını 4:0 hesabı ilə darmadağın edibsə, İtaliya "Yuventus"u Norveçdə "Budö Qlimt"i çətinliklə məğlub edib.
------------------------
UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun ilk 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" Belçika "Yunion"unu qəbul edib.
İstanbuldakı "Ali Sami Yen" İdman Kompleksində təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 57-ci dəqiqədə Promis Devid Akinpelu vurub. 89-cu dəqiqədə isə Arda Ünyay qırmızı vərəqə alaraq, "Qalatasaray"ı azlıqda qoyub.
İkinci məğlubiyyətlə üzləşən "Cim Bom"un hazırda 7 xalı var. "Yunion" isə xalını 6-ya yüksəldib.
Daha bir oyun indiyədək qələbə qazana bilməyən iki komanda - Niderland "Ayaks"ı ilə Portuqaliya "Benfika"sı arasında gerçəkləşib. Amsterdamdakı "Yohan Kroyf ArenA"da keçirilmiş oyunda qonaqlar qələbə qazanıb - 2:0. Qolları Samuel Dal 6-cı, Leandro Barreyro 90-cı dəqiqədə vurub. Bununla da "Benfika" ilk xallarını qazanıb. "Ayaks" isə növbəti tur "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyuna xal üzünə həsrət yeganə komanda kimi çıxacaq.
----------------------
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun qarşılaşmaları start götürəcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 9 görüş keçiriləcək.
Türkiyənin "Qalatasaray" komandası Belçika "Yunion"unu qəbul edəcək. Qələbə təqdirində, "sarı-qırmızılar" xal sayını 12-yə çatdıraraq, böyük ehtimalla, ilk "8-liy"ə daxil olacaqlar. Hazırda Okan Burukun baş məşqçi olduğu kollektiv 9-cu yerdə gedir. 3 xala malik "Yunion" isə 28-cidir.
Gecənin mərkəzi görüşü İngiltərədə "Çelsi" və İspaniya "Barselona"sı arasında olacaq. "Zadəganlar" ötən tur Bakıda "Qarabağ"la oyunda 2:2, kataloniyalılar Belçikada "Brügge" ilə matçda 3:3 hesablı heç-heçə edib. Hazırda bu komandalar hərəyə 7 xalla 12-13-cü yerdə gedirlər.
Xalsız iki komanda - Niderland "Ayaks"ı və Portuqaliya "Benfika"sı arasındakı görüş də bu günə təsadüf edəcək. Matçın nəticəsindən asılı olmayaraq, ən azı bir komanda xalsızlıqdan qurtulacaq. "Benfika" ilk turda məhz "Qarabağ"a uduzub - 2:3. "Ayaks" isə növbəti turda Bakıya Azərbaycan təmsilçisi ilə oyuna gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
25 noyabr
21:45. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Samuel Dal, 6. Leandro Barreyro, 90
21:45. "Qalatasaray" (Türkiyə) - "Yunion" (Belçika) - 0:1
Qol: Promis Devid Akinpelu, 57
Qırmızı vərəqə: Arda Ünyay, 89 ("Qalatasaray")
00:00. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 3:0
Qollar: Jül Kunde, 27 (öz qapısına). Estevao, 55. Liam Delap, 73
Qırmızı vərəqə: Ronald Arauxo, 44 ("Barselona")
00:00. "Mançester Siti" (İngiltərə) - "Bayer" (Almaniya) - 0:2
Qollar: Alexandro Qrimaldo, 23. Patrik Şik, 54
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 4:0
Qollar: Seru Girassi, 45+2; 54. Karim Adeyemi, 58. Daniel Svensson, 90+5
00:00. "Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0
Qollar: Skott Maktominey, 65. Marko Yankoviç, 72 (öz qapısına)
Qolla nəticələnməyən penalti: Rasmus Höylunn, 56 ("Napoli")
00:00. "Marsel" (Fransa) - "Nyukasl" (İngiltərə) - 2:1
Qollar: Pyer-Emerik Obameyanq, 46; 50 - Harvi Barns, 6
00:00. "Budö Qlimt" (Norveç) - "Yuventus" (İtaliya) - 2:3
Qollar: Ule Didrik Blomberq, 27. Sondre Brunstat Fet, 87 (pen.) - Lois Openda, 48. Ueston Makkenni, 59. David, 90+1
00:00. "Slaviya" (Çexiya) - "Atletik Bilbao" (İspaniya) - 0:0
















































































