Qətərdə 17 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qalib adını Portuqaliya millisi qazanıb.
Final matçında Portuqaliya Avstriyaya qalib gəlib - 1:0. Yeganə qolu 32-ci dəqiqədə "Benfika"da çıxış edən Anisio Kabral vurub.
Bürünc medala 3-cü yer uğrunda görüşdə Braziliyaya qalib gələn (0:0, penaltilərlə - 4:2) İtaliya yığması sahib olub. "Sambaçılar" 14-cü dəqiqədə Vitaonun qırmızı vərəqə almasından sonra azlıqda qalıblar.










































































