Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan 2-si I Liqa komandalarının iştirakı ilə gerçəkləşib.
"Qəbələ" aşağı liqanın lideri "Şəfa"nı 2:1, "Sumqayıt" isə "Difai"ni 3:1 hesabı ilə yenib.
Nəhayət, "Kəpəz" "Araz-Naxçıvan"la matçda əlavə vaxtda vurduğu qolla mərhələ adlayaraq, bu mərhələnin sensasiyasına imza atıb.
Azərbaycan Kuboku, 1/8 final
4 dekabr (cümə axşamı)
15:00. “Qəbələ” – “Şəfa” - 2:1
Qollar: İbrahim Sanqare, 2; 53 - Emin Zamanov, 6
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu
19:00. “Difai” – “Sumqayıt” - 1:3
Qollar: Kamil Qardaşlı, 68 - Ronaldo Vaskes, 9; 75 (pen.). Aleksandr Ramalinqom, 90+3
Qırmızı vərəqə: Roman Hüseynov, 84 ("Difai")
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:1 (ƏSAS VAXT - 0:0, ƏLAVƏ VAXT - 0:1)
Qol: Ryonosuke Ohori, 115
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Liv Bona Dea Arena”
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" görüşünün qalibi 1/4 finalda "Turan Tovuz"la, "Qəbələ" - "Şəfa" matçından üstün ayrılan komanda "Sabah"la, "Difai" - "Sumqayıt" qarşılaşmasının güclüsü "Zirə" ilə qarşılaşacaq. Növbəti mərhələnin daha bir oyunu isə "Şamaxı" və "Qarabağ" arasında olacaq. Yarımfinala vəsiqə uğrunda ilk mücadilələr 2026-cı ilin 3-4 fevralında gerçəkləşəcək. Cavab görüşləri isə 3-4 martda baş tutacaq.

















































































