"Kluba gəlməmişdən öncə həm baş icraçı direktor Cenk Sümerlə, həm də Çağlar Söyüncü ile danşdım. Onlar mənə komanda barədə çox müsbət fikirlər söylədilər, "ağ-qaralar"ın böyük bir klub olduğunu söylədilər. Zatən Cenk Sümeri "Beşiktaş"dakı dönəmindən tanıyırdım, bu da qərar verməyimi daha da asanlaşdırdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Vensan Abubakar tanınmış türkiyəli şərhçi Ertem Şenerə müsahibəsində deyib.
Kamerunlu hücumçu Azərbaycan Premyer Liqasının səviyyəsi haqqında da fikirlərini bölüşüb: "Kənardan bəzən asan görünür, amma əslində heç də elə deyil. Bu liqa olduqca ağırdır. Azərbaycan çox gözel ölkədir, yalnız yaxşı şeylər söyləyə bilərəm. Amma Türkiyəyə bənzəmir, fərqli ölkədir. İnsanlar burada futbola büyük hörmətlə yanaşırlar. Kluba gəldiyimdən bəri gördüklərimə əsasən hər şeyin yüksək səviyyədə təşkil olunduğunu və sistemin daha da inkişaf etdiyimi deyə bilərəm".
Abubakar Türkiyə, əvvəlki klublarından olan "Beşiktaş" və dünya futbolu, Kamerun millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsi barədə də danışıb, Kriştianu Ronaldu - Lionel Messi müqayisəsi aparıb.







































































