Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Sportnet.az xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasında VI turun "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) görüşündə baş hakim olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov yan xətt hakimləri qismində kömək edəcəklər.
Qeyd edək ki, dekabrın 9-da Berqamo şəhərindəki "Bortolotti" İdman Mərkəzinin 9-cu meydançasında (!) keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Kamal Umudlunun Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "İmişli" - "Sabah" matçında (1:2) qonaq komandanın qapısına düzgün olmayan penalti təyin etdiyinə görə AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırıldığına dair xəbərlər yayılıb.













































































