UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun son 9 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan 3-ü İspaniyada, 2-si Almaniyada gerçəkləşib.
İngiltərənin 3 təmsilçisi isə səfər oyunlarına çıxıb.
Turnir cədvəlinin itkisiz lideri "Arsenal" Belçikada "Brügge"nin qonağı olub. Rəqibinə 3 cavabsız qolla qalib gələn "topçular" xalını 18-ə çatdıraraq, mövqeyini möhkəmlədib.
"Mançester Siti" isə İspaniyada "Real Madrid" üzərində önəmli qələbə qazanaraq, 13 xalla 4-cü pilləyə yüksəlib. Madridlilər isə 12 xalla 7-ci mövqeyə enib.
Çempionlar Liqasının son qalibi Fransa PSJ-si İspaniyada "Atletik"lə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb və bu, gecəniz qolsuz yekunlaşan yeganə matçı olub. Hazırda parislilər 13 xalla 3-cü, bilbaolular 5 xalla 28-cidir.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VI tur
10 dekabr
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 - Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qoei, 83
21:45. "Vilyarreal" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 2:3
Qollar: Santyaqo Komesanya, 47. Tani Oluvaseyi, 56 - Məhəmməd Elyunussi, 2. Elias Aşuri, 48. Andreas Kornelius, 90
00:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Rodriqo, 28 - Niko ORayli, 35. Erlin Holann, 43 (pen.)
00:00. "Atletik" (İspaniya) - PSJ (Fransa) - 0:0
00:00. "Bayer" (Almaniya) - "Nyukasl" (İngiltərə) - 2:2
Qollar: Brunu Gimarayeş, 13 (öz qapısına). Alexandro Qrimaldo, 88 - Entoni Qordon, 51 (pen.). Luis Mayli, 74
00:00. "Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya) - 2:0
Qollar: Riçard Rios, 20. Leandro Barreyro, 49
00:00. "Brügge" (Belçika) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Noni Madueke, 25; 47. Qabriel Martinelli, 56
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Budö Qlimt" (Norveç) - 2:2
Qollar: Yulian Brandt, 18; 51 - Haytam Aleesami, 42. Yens Petter Höuqe, 75
00:00. "Yuventus" (İtaliya) - "Pafos" (Kipr) - 2:0
Qollar: Ueston Makkenni, 67. Conatan Devid, 73
Qeyd edək ki, VI turun ilk 9 görüşü dekabrın 9-da keçirilib. 6 turdan sonra "Qarabağ" 7 xalla 22-ci pillədə qərarlaşıb.














































































