AFFA İntizam Komitəsi "Neftçi" klubunu 12 700 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, cərimənin 12 000 manatlıq hissəsi azarkeşlərin davranışları üzündən olub.
Fanatlar Azərbaycan Kubokunda 1/8 final mərhələsinın “Zirə” ilə səfərdə keçirilmiş oyunu zamanı meydançaya kənar əşyalar atıblar və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hallar kubokda ilk dəfə yaşanıb. İntizam Komitəsi kənar əşyalara görə kluba 2 000 manat, təhqiramiz ifadələr üzündən 5 000 manat cərimə kəsib.
Görüş zamanı “Neftçi” 4 üzvünün sarı vərəqə alması səbəbindən daha 700 manat ödəməli olacaq.
Azərbaycan Premyer Liqasında XIV turun “Sabah”la səfər matçında isə “Neftçi” azarkeşləri oturacaqları sındıraraq, "Bank Respublika Arena"ya zərər vurublar və bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb. Ona görə də paytaxt təmsilçisi 5 000 manat ziyana düşüb.
Xatırladaq ki, "Neftçi" əlavə vaxtda "Zirə"yə 0:1 hesabı ilə uduzaraq, kubokda mübarizəni erkən dayandırıb. "Sabah"la qarşılaşmada isə 0:2 hesablı məğlubiyyət qeydə alınıb.









































































