Futbol üzrə 2027-ci il U-20 dünya çempionatının Azərbaycanda keçiriləcək oyunlarının şəhərləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bunlar Bakı, Gəncə, Sumqayıt və Qəbələdir.
Gəncə stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və Qəbələ şəhər stadionu oyunlar üçün ayrılıb. Bakıda hansı stadionun dünya çempionatı üçün ayrılacağı hələlik məlum deyil.









































































