Ukraynanın “Dinamo Kiyev" komandasının yeni baş məşqçisi məlum olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə İqor Kostyuka tapşırılıb.
50 yaşlı mütəxəssis bunadək paytaxt təmsilçisində baş məşqçinin səlahiyyətlərini həyata keçirirdi. O, noyabrın 27-də istefaya göndərilmiş Aleksandr Şovkovskini əvəzləyib.
Qeyd edək ki, hazırda "Dinamo Kiyev" Ukrayna Premyer Liqasında 16 oyundan 26 xalla 4-cü yeri tutur.










































































