UEFA Konfrans Liqasının əsas mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi "Samsunspor" VI turda Almaniyada "Maynts"ın qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Silvan Vidmer 44-cü, Nadiem Amiri 48-ci dəqiqədə vurub.
Bununla da "Samsunspor" ilk "8-liy"ə düşə bilməyib və 10 xalla 12-ci yeri tutub. Əvəzində "Maynts" 13 xalla 7-ci olub və birbaşa 1/8 finala yüksəlib.
Türkiyə təmsilçisi isə pley-off mərhələsində Şimali Makedoniyanın "Şkendiya" və ya Finlandiyanın "KuPS Kuopio" komandası ilə üz-üzə gələcək.
Püşkatma mərasimi 16 yanvar 2026-cı ildə keçiriləcək. İlk matçlar 19 fevralda, cavab görüşləri 26 fevralda olacaq.
1/8 finala "Maynts"dan əlavə, Fransanın "Strasbur, Polşanın "Rakuv", Yunanıstanın "AEK Afina", Çexiyanın "Sparta Praqa", İspaniyanın "Rayo Valyekano", Ukraynanın "Şaxtyor Donetsk" və Kiprin "AEK Larnaka" klubları da vəsiqə qazanıb.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, VI tur
00:00. "Maynts 05" (Almaniya) - "Samsunspor" (Türkiyə) - 2:0
00:00. "Sparta Praqa" (Çexiya) - "Aberdin" (Şotlandiya) - 3:0
00:00. "AEK Afina" (Yunanıstan) - "Universitatya" (Rumıniya) - 3:2
00:00. "AEK Larnaka" (Kipr) - "Şkendiya" (Şimali Makedoniya) - 1:0
00:00. "AZ Alkmaar" (Niderland) - "Yagelloniya" (Polşa) - 0:0
00:00. "Kristal Pelas" (İngiltərə) - "KuPS Kuopio" (Finlandiya) - 2:2
00:00. "Şaxtyor Donetsk" (Ukrayna) - "Riyeka" (Xorvatiya) - 0:0
00:00. "Dinamo Kiyev" (Ukrayna) - "Noa" (Ermənistan) - 2:0
00:00. "Lozanna-Sport" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:0
00:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya) - 1:1
00:00. "Legiya Varşava" (Polşa) - "Linkoln Red İmps" (Cəbəllütariq) - 4:1
00:00. "Tsele" (Sloveniya) - "Şelburn" (İrlandiya) - 0:0
00:00. "Omoniya" (Kipr) - "Rakuv" (Polşa) - 0:1
00:00. "Strasbur" (Fransa) - "Breydablik" (İslandiya) - 3:1
00:00. "Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo) - 3:0
00:00. "Şemrok Rovers" (İrlandiya) - "Hamrun Spartans" (Malta) - 3:1
00:00. "Siqma" (Çexiya) - "Lex Poznan" (Polşa) - 1:2
00:00. "Slovan Bratislava" (Slovakiya) - "Hakken" (İsveç) - 1:0












































































