Braziliyanın “İnternasional” klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyonun transfer imkanlarını dəyərləndirir.
Sportnet.az-ın məlumatına görə, jurnalist Ekrem Konur X səhifəsində xəbər paylaşıb.
24 yaşlı yarımmüdafiəçinin klubun 2026-cı il üçün formalaşdırdığı transfer strategiyasında diqqət çəkən adlardan biri olduğu bildirilir. Maliyyə baxımından ehtiyatlı siyasət yürüdən “İnternasional” rəhbərliyi daha az populyar olan liqalara üstünlük verməyi planlaşdırır. Bu istiqamətdə baş məşqçi Paulo Petsolano və klubun idman direktoru Abel Braqa Avropa bazarında müşahidələr aparır.
“İnternasional”ın hazırda Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə yaxından maraqlandığı vurğulanır. Yarımmüdafiəçinin cari mövsümdəki sabit oyunu onun transfer dəyərini artırıb.
Qeyd olunur ki, “Botafogo” klubu da futbolçu ilə maraqlanıb və icarə + satınalma opsiyası ilə təklif irəli sürüb. Lakin “Qarabağ” rəhbərliyi bu təklifi geri çevirib. Klub yalnız futbolçunun tam transferi variantını nəzərdən keçirdiyini açıqlayıb.
Hazırda Bikalyo “Qarabağ”ın əsas heyət üzvlərindən biri hesab olunur. O, mövsüm ərzində 25 oyunda forma geyinib və “Ayaks” (Niderland), “Çelsi” (İngiltərə), “Napoli” (İtaliya) kimi rəqiblərə qarşı beynəlxalq təcrübə qazanıb.
Futbolçuya Portuqaliyanın “Braqa” və Türkiyənin “Sivasspor” klublarının da maraq göstərdiyi bildirilir. Bu isə “İnternasional” üçün transfer prosesini daha da çətinləşdirir.
Hazırkı mərhələdə Braziliya klubunun rəsmi təkliflə çıxış etməsi gözlənilmir. Bununla belə, Bikalyo “İnternasional”ın izləmə siyahısında qalmaqda davam edir.
#Botafogo ????????
— Ekrem KONUR (@Ekremkonur) December 19, 2025
Botafogo made a second official bid for Qarabağ’s 23-year-old midfielder Pedro Bicalho!
Cruzeiro, Internacional, Braga and Sivasspor also interested.
Player open to a return to Brazil. pic.twitter.com/rhCAgXONcr






































































