Səid İranxan ilə yollar ayrılıb
"Karvan-Yevlax" iranlı futbolçu Səid İranxanla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Sportnet.az xəbər verir ki, klub İranxana xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Mövsümün əvvəlində komandaya cəlb olunmuş Səid İranxan 10 oyuna çıxıb 1 qolun müəllifi olub.






































































