Afrika Millətlər Kubokunda "Şamaxı"nın futbolçusu Alfons Msanqanın yer aldığı Tanzaniya yığması 1/8 finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Msanqa Tanzaniya yığmasının qrup mərhələsində hər 3 oyunda (Nigeriya, Uqanda və Tunis) 90 dəqiqə meydanda olub.
Onun komandası 1/8 final mərhələsində Mərakeş millisi ilə qarşılaşacaq.














































































