Rumıniyalı baş məşqçi Dan Petreskuya xərçəng diaqnozu qoyulub.
Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, 58 yaşlı mütəxəssisin vəziyyəti çətin kimi qiymətləndirilir.
Peşəkar futbolçu karyerası ərzində Petresku “Styaua”, “Cenoa”, “Foccia”, “Şeffild Uensdey”, “Çelsi” və digər klubların formasını geyinib.
Baş məşqçi kimi isə Petresku Rumıniyanın “Rapid Buxarest” və "Kluj", Polşanın “Visla Krakov”, Rusiyanın “Kuban” və “Dinamo Moskva”, Qətərin “Əl Ərəbi”, Cənubi Koreyanın “Çonbuk Hyundai Motors” komandalarında çalışıb.











































































