İngiltərə Premyer Liqasının XIX tur matçında "Liverpul" doğma stadionunda "Lids Yunayted"lə heç-heçə edib.
Sportnet.az-ın məlumatına görə, 2026-cı ilin ilk oyunu mersisaydlıların böyük üstünlüyü şəraitində keçsə də, qarşılaşmada hesab açılmayıb – 0:0.
Bu nəticə ilə hər iki komanda Premyer Liqadakı məğlubiyyətsiz seriyasını davam etdirib.
"Liverpul" ardıcıl 7, "Lids" isə 6 oyundur məğlub olmur.
Bu matçdan sonra "Liverpul" turnir cədvəlində 33 xalla 4-cü pillədə qərarlaşıb. "Lids Yunayted" isə 21 xalla 16-cı sırada yer alır.
Qeyd edək ki, "Liverpul" yanvarın 28-də Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçında "Qarabağ"ı qəbul edəcək.











































































