İspaniya La Liqasında XVIII turun “Espanyol” – “Barselona” matçında gərginlik yaşana bilər.
Sportnet.az-ın "The Athletic"ə istinadən məlumatına görə, “Espanyol” azarkeşləri qapıçı Joan Qarsiyaya qarşı aksiya keçirməyi planlaşdırır.
Azarkeşlərin narazılığı 24 yaşlı qapıçının “Espanyol”dan “Barselona”ya transferi ilə bağlıdır.
Son bir ay ərzində fanatlar Qarsiyaya matç zamanı sıçan fiqurları atmaq üçün hazırlıq görüb. Stadion administrasiyası və təhlükəsizlik xidmətləri mümkün insidentlərin qarşısını almaq üçün tədbirlər görür.
Joan Qarsiya “Espanyol”un yetirməsidir. O, əsas komandada debütünü 2021-ci ildə edib və ümumilikdə 67 oyuna çıxıb. 2025-ci ilin yayında qapıçı “Barselona”ya transfer olunub, müqaviləsi 2031-ci ilə qədərdir.
Qeyd edək ki, bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.














































































