Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya "Kayzerslautern"inin heyətində məşqlərə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu yeni il istirahətindən sonra çalışmalara start verib.
Hələlik o, xorvatiyalı komanda yoldaşı İvan Prtainlə birlikdə fərdi məşqlər edir. Bununla bağlı klub sosial şəbəkə hesabında paylaşım edərək, bunları yazıb: "Bəli, vəssalam! Mahir Emreli və İvan Prtain də bu gün məşqdə iştirak ediblər".
Hər iki oyunçuya məşqlərə başlamaları münasibətilə təbrik ünvanlanıb.
Xatırladaq ki, Mahir Emreli 2025-ci ilin avqustundan əvvəlcə baş məşqçi Torsten Liberknextin qərarı ilə, daha sonra məşqdə zədələndiyi üçün oyunlarda iştirak etmirdi.


















































































