Şotlandiyanın “Seltik” klubu baş məşqçisi Uilfrid Nensi ilə müqaviləyə dərhal xitam verildiyini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri Kvame Ampadu, Jül Gegen və Maksim Şalye də komandadan ayrılıb. Həmçinin Pol Tisdeyl futbol əməliyyatları üzrə rəhbər vəzifəsini tərk edib.
Uilfrid Nensi “Seltik”də 4 dekabr 2025-ci ildən çalışırdı. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 oyunun 6-da məğlub olub. “Keltlər” hazırda Şotlandiya Premyerşipində 2-ci pillədə qərarlaşıb.












































































