Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin daha bir görüşü Misir və Benin yığmaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 45+3-cü dəqiqədə Ahmed Fatuh açıb. 83-cü dəqiqədə beninli oyunçu Jodel Dossu bərabərlik qolunu vuraraq, görüşü əlavə vaxta daşıyıb.
97-ci dəqiqədə Yasser İbrahim Misir millisini yenidən irəli çıxarıb. 120+4-cü dəqiqədə isə Məhəmməd Salah yekun nəticəni müəyyənləşdirib - 3:1.
Bu görüşdə Benin yığmasının heyətində Sessi D`Almeyda start heyətində meydançaya çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Misir millisi 1/4 finalda saat 23:00-da başlanacaq Nigeriya - Mozambik görüşünün qalibi ilə qarşılaşacaq.















































































