“Şamaxı” qış təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu keçirəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv yanvarın 11-də “Bank Respublika Arena”da “Sabah”la, yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millisi ilə qarşılaşacaq.
Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.










































































