"Kəpəz" qış fasiləsində ilk transferini reallaşdırıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “sarı-göylər” qış transfer dönəmində Veysəl Rzayevin keçidini rəsmiləşdirib.
23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Gəncə komandasının formasını geyinəcək.
Rzayev mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran futbolçu Azərbaycan Kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.












































































