"Kəpəz" qış təlim-məşq toplanışına 4 gündür start versə də, Cefferson Bentu hələ də kollektivə qoşulmayıb.
Sportnet.az sportinfo.az saytına istinadən xəbər verir ki, braziliyalı Gəncəyə qayıtmaq istəmir.
Yeni il tətilində istirahət etmək üçün vətəninə gedən mərkəz müdafiəçisi geri qayıtmaq fikrində deyil. O, bu barədə Qərb təmsilçisinə mejaj göndərib. Hətta 22 yaşlı cənubi amerikalı üçün alınan qayıdış bileti də batıb.
Hazırda stoperin yola gətirilməsi üçün danışıqlar davam edir.
Xatırladaq ki, ötən yay "Kəpəz"ə transfer edilən Ceffersonla mövsümün sonuna qədər qüvvədə olan müqaviləsi var.
O, bu mövsüm 16 görüşdə meydanda çıxıb.














































































