Türkiyə “Fənərbağça”sının futbolçusu İrfan Can Kahveci mövsümün sonuna qədər icarə əsasında “Kasımpaşa”ya keçib.
Sportnet.az "sarı-lacivərdlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi razılaşmadan sonra yeni komandasının təlim-məşq toplanışına qoşulub.
2025-ci ilin oktyabrında “Fənər”in heyətindən kənar qalan 30 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 oyunda forma geyinib.
“Kasımpaşa” klubu da keçidi rəsmən təsdiqləyib. Yeni transfer prezident Halil İbrahim Akyıldız və CEO Ceyhun Kazancının iştirakı ilə imza mərasimində mövsümün sonuna qədər klubla müqavilə bağlayıb. Klub futbolçuya uğurlar arzulayıb.
















































































