İngiltərənin “Arsenal” klubunun futbolçusu Deklan Rays yol hərəkəti qaydalarını pozduğuna görə 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bir həftə ərzində iki dəfə sürət həddini aşdığı üçün cəzalandırılıb.
Rays ilk dəfə yanvarın 3-də sürət məhdudiyyəti 48 km/saat olan yolda 60 km/saat sürətlə hərəkət edərkən saxlanılıb. Hadisə onun Londondan cənub-qərbdə Surrey qraflığındakı malikanəsinin yaxınlığında qeydə alınıb.
Cəmi beş gün sonra — 8 yanvarda yarımmüdafiəçi eyni yolda bu dəfə 64 km/saat icazə verilən sahədə 79 km/saat sürətlə hərəkət edərkən yenidən qayda pozuntusuna yol verib. Nəticədə Rays 6 aylıq sürücülük qadağası ilə yanaşı, 2 185 funt sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, cari mövsümdə Deklan Rays “Arsenal”ın heyətində bütün turnirlərdə 28 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.













































































