"Qəbələ" və "Kəpəz" komandaları qış hazırlıq dönəmində yoxlama matçında üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Baş məşqçi Kaxaber Tsxadadenin komandasından Domi Massumu 15-ci, İsmaheel Akinade 31-ci, Qədir Ramazanov 80-ci dəqiqədə fərqlənib. Azər Bağırovun baş məşqçi olduğu kollekivin yeganə qolunu isə Ryonosuke Ohori vurub.
.















































































