Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin son iki görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında Əlcəzair və Nigeriya milliləri üz-üzə gəlib.
Görüş Nigeriyanın qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 47-ci dəqiqədə Türkiyə "Qalatasaray"ından dəvət almış hücumçu Viktor Osimhen vurub. Bundan 10 dəqiqə sonra isə Akor Adams yekun nəticəni müəyyənləşdirib.
Son qarşılaşma isə Misir və Kot-d’İvuar milliləri arasında təşkil olunub. Oyun Misirin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesab 4-cü dəqiqədə İngiltərə təmsilçisi “Mançester Siti”nin hücumçusu və Misir millisinin üzvü Omar Marmuşun qolu ilə açılıb. 32-ci dəqiqədə müdafiəçi Rami Rabiya fərqi artırıb. İlk hissənin sonlarında - 40-cı dəqiqədə misirli müdafiəçi Əhməd Abul-Fətuh öz qapısına qol vurub.
İkinci hissədə isə “Liverpul”un hücumçusu Məhəmməd Salah 52-ci dəqiqədə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Kot-d’İvuarın müdafiəçisi Gela Due fərqi azaltsa da, komandası qalan dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilməyib.
Yarımfinalda Misir Seneqal millisi ilə qarşılaşacaq. Bu mərhələnin digər görüşü isə Nigeriya və Mərakeş arasında olacaq.
Hər iki matç 14 yanvarda keçiriləcək.
Qeyd edək ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Turnirdə 24 milli komanda iştirak edib və onlar 6 qrupa bölünüb. Yarış 18 yanvar tarixinə qədər davam edəcək. Hazırkı titul sahibi 2023-cü il turnirinin finalında Nigeriyaya 2:1 hesabı ilə qalib gəlmiş Kot-d’İvuardır.















































































