İspaniya “Barselona”sının futbolçusu Lamin Yamal İspaniya Super Kubokunun finalında "Real Madrid" üzərində 3:2 hesablı qələbə qazandıqları görüşdən sonra komandanın paltardəyişmə otağından canlı yayım edib.
Sportnet.az xəbər verir ki, canlı yayım zamanı kadrda Kataloniya klubunun qapıçısı Voytsex Şensnı siqaret və əlində pivə şüşəsi ilə görünüb.
Polşalı qolkiperin ekrana düşdüyünü görən cinah hücumçusu telefonu kənara çəkərək “ufff, bunu çəkmək olmaz” deyib.
“Barselona” – “Real Madrid” oyunu yanvarın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “King Abdullah Sports City” stadionunda baş tutub.
“Barselona” 14-cü dəfə İspaniya Super Kubokunu qazanıb.














































































