Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatları müəyyənləşib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilk matç yanvarın 22-də saat 19:00-da başlanacaq.
İki gün sonra keçiriləcək görüşün start fiti saat 16:00-da səsləndiriləcək.
Hər iki qarşılaşma Bakı İdman Sarayında gerçəkləşəcək.












































































