"Karvan-Yevlax" klubu iki məşqçisi ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Köməkçi-məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.












































































