Səudiyyə Ərəbistanının paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” Misir “Piramids”i ilə 1:1 hesablı heç-heçə etdiyi yoxlama oyununun ertəsi günü bərpa məşqi keçib.
Sportnet.az xəbər verir ki, “ağ-qaralar” bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb.
Hazırlıq prosesinə Sessi d`Almeyda da qatılıb. O, Afrika Millətlər Kubokunda çıxışını başa vuran Benin milli komandasının düşərgəsindən qayıdıb.
Komanda toplanışa axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. “321 Sports Club” stadionunda təşkil olunacaq görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.














































































