"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko vaxtilə "Qəbələ"də baxışda olub.
Bu barədə Sportnet.az-a müsahibəsində 45 yaşlı mütəxəssisin özü açıqlama verib.
Ukraynalı mütəxəssis bildirib ki, "qırmızı-qaralar"la Gürcüstanda təlim-məşq toplanışında olduqdan sonra Bakıya qayıdıblar və "İnter"lə (hazırkı "Şamaxı" - red.) oyunu izləyiblər: "Nə zamansa Bakıda olduğumu xatırlayıram. Karyeramı bitirdiyim ərəfələrdə idi. Həmin vaxt "Qəbələ"də baxışda idim. Gürcüstanda təlim-məşq toplanışında olduqdan sonra Bakıya gəlmişdik. "İnter"lə (indiki "Şamaxı" - red.) oyuna da baş çəkmişdik. Bu, burada olduğum yeganə haldır".
Sportnet.az-ın araşdırması nəticəsində Demçenkonun "Qəbələ"də 2010-cu ildə baxışda olduğu üzə çıxıb. Həmin vaxt karyerasını bitirmək üzrə olan keçmiş yarımmüdafiəçini "qırmızı-qaralar"ın o dövrdəki baş məşqçisi Ramiz Məmmədov sınaqdan çıxarıb. Tərəflər arasında müqavilənin bağlanımamasının səbəbi məlum deyil.
Qeyd edək ki, 2010-cu il Ramiz Məmmədovun "Qəbələ"də çalışdığı ilk dövrün, Andrey Demçenkonun isə futbolçu karyerasının sonu olub.















































































