İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius İspaniya Kubokunun 1/8 final mərhələsində “Albasete” ilə oyunda irqçi təhqirlərlə üzləşib.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, final fitindən sonra azarkeşlərdən biri braziliyalı hücumçuya banan atıb.
İnsidenti İspaniya Kral Futbol Federasiyasının əməkdaşı qeydə alıb.
“Albasete” klubu qayda pozuntusuna yol verən azarkeşin müəyyənləşdirilməsi üçün axtarışlara başlandığını açıqlayıb.
25 yaşlı Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, "kral klubu"nun heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə isə Çempionlar Liqasının qalibi adını qazanıb.
Qeyd edək ki, yanvarın 14-də baş tutmuş qarşılaşma “Albasete”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
















































































