Almaniyanın “Ayntraxt” klubu baş məşçi Dino Topmöllerin ardından üç köməkçisi ilə də yolarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Ştefan Bak və Nelson da Silva Morqado, eləcə də Ksaver Zembroddur.
Yan Fisser isə “qartallar”ın məşqçilər korpusunda qalacaq.
Bak və Morqado 2023-cü ildə, Zembrod isə 2024-cü ildə “Ayntraxt”a qoşulub. Onlar sabiq baş məşqçi Dino Topmöllerlə birlikdə ötən mövsüm Frankfurt təmsilçisini Bundesliqada 3-cü yerə və UEFA Avropa Liqasının 1/4 finalına qədər yüksəldiblər.
Klubun idman üzrə idarə heyətinin üzvü Markus Kröşe Fisserin komandada qalmasından məmnunluq ifadə edib: “O, məşqçi kimi yaxşı inkişaf edib və artıq peşəkar lisenziya alıb”.
Qeyd edək ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında “Qarabağ” önünə U-21 komandasının baş məşqçisi Dennis Şmitt və U-19 komandasına rəhbərlik etmiş Aleksander Mayer çıxaracaq. Əsas məsuliyyət Şmittin üzərində olacaq.







































































