İngiltərənin "Mançester Siti" klubu yeni transferi Mark Gehiyə illik 18 milyon avro əmək haqqı verəcək.
Sportnet.az-ın "Transfermarkt"a istinadən məlumatına görə, İngiltərə yığmasının mərkəz müdafiəçisi bu göstəricidə yalnız Erlin Holanndan geri qalacaq.
Norveçli hücumçu 31,5 milyon avro qazanıb.
Gehi ikinci yeri portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva ilə birlikdə bölüşəcək. Misirli Omar Marmuş isə 300 min avro az - 17,7 milyon avro alır.
“Şəhərlilər” Gehini transfer etmək üçün “Kristal Pelas”a 23 milyon avro ödəyiblər. İngiltərəli futbolçunun müqaviləsi yayda başa çatırdı.













































































