“Vasili Berezutskinin ‘Sabah’la Azərbaycan Kubokunu qazanması onun qalibiyyət təcrübəsini sübut edir”.
Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın “Ural” klubunun prezidenti Qriqori İvanov “Sport-Ekspress” nəşrinə müsahibəsində deyib.
“O, “Sabah”ın baş məşqçisi kimi finalda hazırda Çempionlar Liqasında parlaq çıxış edən “Qarabağ”I finalda məğlub edib. Ona görə də Berezutskinin həm oyunçu, həm də baş məşqçi kimi qalibiyyət təcrübəsi əvəzsizdir. Berezutskinin peşəkar yanaşması hamıya aydındır”, – İvanov əlavə edib.
Prezident həmçinin bildirib ki, Berezutskinin yanında peşəkar köməkçilər var və onun futbolda zəngin karyerası, böyük məşqçilər altında işləmə təcrübəsi onun uğur şansını artırır: “Berezutskinin təcrübəsi yetərlidir, I Liqa çətin olsa da, indi özünü sınamaq üçün ən doğru zamandır. 43 yaşlı baş məşqçi üçün vaxtıdır!”
Ivanov qeyd edib ki, Berezutskinin peşəkarlığı hər şeydə görünür və onun təyinatını diqqətlə qiymətləndiriblər. Həmçinin, Berezutski barədə Leonid Slutski ilə məsləhətləşmələr aparılıb və müsbət rəy alınıb.
“Vasili Berezutskinin uğurları və qalibiyyət təcrübəsi onu baş məşqçi postu üçün ideal namizəd edir,” – İvanov vurğulayıb.
Qeyd edək ki, Vasili Berezutski “Sabah”ın baş məşqçisi kimi 2024/2025 mövsümündə “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə yenərək, kluba tarixində ilk titulu qazandırıb. Hazırda “Ural” I Liqada 21 oyundan 41 xalla 2-ci pillədə gedir.















































































