UEFA Çempionlar Liqasının Liqa mərhələsinin əsas kəşfi birmənalı olaraq “Qarabağ”dır.
Sportnet.az-ın məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Maksim Demenko "gazata.ru"ya açıqlamasında deyib.
Əvvəllər Ukraynanın "Dinamo Kiyev", eləcə də Rusiyanın "Zenit", "Spartak" və "Krasnodar" kimi tanınmış komandalarında çıxış etmiş 49 yaşlı keçmiş yarımmüdafiəçi bu fikrinin birmənalı olduğunu vurğulayıb: "Əlbəttə, “Qarabağ” ilk növbədə, öz azarkeşlərini sevindirdi. Ümumi durum futbolçulara belə bir inam verir. Sadəcə, indi onlar, yəqin, başa düşürlər ki, istənilən komanda ilə oynamaq mümkündür. Halbuki hətta öz meydanlarındakı oyunlarda belə, hakimlikdən narazılıq edirdilər. “Qarabağ” sürpriz etdi və məhz Almaniya "Ayntraxt"ı üzərində 3:2 hesablı qələbədən sonra orada möhkəmlənmə şansları var".
Qeyd edək ki, “Qarabağ” 7 turdan sonra 10 xal toplayaraq Çempionlar Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Reqlamentə əsasən, 36 komanda arasında ilk 24 yerin sahibləri mərhələ adlayacaq. Sonuncu turda Azərbaycan çempionu İngiltərədə “Liverpul”un qonağı olacaq.













































































