İngiltərə “Liverpul”u Avstriyanın “Austriya” klubunun futbolçusu İfeani Ndukveni transfer edib.
Sportnet.az xəbər verir ki, 17 yaşlı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Ndukve Vyanada qarışıq ailədə anadan olub. Onun anası rus, atası isə nigeriyalıdır.
“Austriya”nın yetirməsi olan Ndukve indiyədək klubun aşağı yaş qrupları üzrə komandalarında 34 oyun keçirib və 1 qol vurub. O, həmçinin Avstriyanın U-17 millisində 15 matça çıxıb və 1 dəfə fərqlənib.
Qeyd edək ki, Transfermarkt portalı gənc müdafiəçinin transfer dəyərini 1 milyon avro olaraq qiymətləndirir.















































































