Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev vəfat edib.
Sportnet.az-ın məlumatına görə, tanınmış mütəxəssis 86 yaşında dünyasını dəyişib.
Boris İqnatyev Moskvanın “Spartak” klubunun yetirməsi olub. O, məşqçi kimi Rusiya millisində, SSRİ-nin gənclər yığmasında, “Saturn”, “Torpedo Moskva” və Ukraynanın “Dinamo Kiyev” komandalarında çalışıb. Onun rəhbərliyi altında SSRİ-nin gənclərdən ibarət milli komandası 1988-ci ildə Avropa çempionu olub.















































































