Fransa PSJ-si İspaniyanın “Barselona” Futbol Akademiyasının yetirməsi olan Pedro “Dro” Fernandes Sarmiyentonu transfer edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 18 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
O, PSJ-də 27 nömrəli forma ilə çıxış edəcək. Qeyri-rəsmi məlumatlara görə, “Barselona” bu transferdən 6 milyon avro gəlir əldə edib.
Dro 2025-ci ilin yayında “Barselona”nın əsas komandasında mövsümlərarası turne zamanı debüt edib və böyüklərdən ibarət heyətdə ilk qolunu vurub. Daha sonra o, payız aylarında La Liqa və UEFA Çempionlar Liqasında bir neçə rəsmi oyunda forma geyinib və bir məhsuldar ötürmə ilə yadda qalıb.














































































