Fransa millisinin sabiq futbolçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu “Əl-İttihad”dan transfer olunub.
Daha əvvəl KİV-də Benzemanın “Əl-İttihad”ın təklif etdiyi yeni müqavilədən imtina etdiyi bildirilirdi. O, Səudiyyə Ərəbistanı çempionatında 2023-cü ilin yayından çıxış edirdi.
Cari mövsümdə hücumçu bütün turnirlər daxil olmaqla 21 oyunda iştirak edib və 16 qol vurub.
Mətbuatın yazdığına görə, Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a keçidinə “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu qarşı çıxıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarının sahibidir.












































































