Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanını tərk edə bilər.
Sportnet.az "Record" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun müqaviləsinin alınma haqqı 50 milyon avrodur.
Onun karyerasını MLS və ya Avropa klublarında davam etdirməsi mümkündür.
Ronaldu klubun vəziyyətindən narazıdır və xüsusilə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) ilə bağlı problemləri qeyd edir. 2023-cü ildə PIF ölkənin əsas dörd klubunun – “Əl-Nəsr”, “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli”nin paylarına nəzarət edib.
Ronaldu hesab edir ki, “Əl-Nəsr” fond tərəfindən idarə olunan digər klublarla müqayisədə transfer bazarında passivdir və bu, komandaya titul qazanmağa mane olur. Hazırda “Əl-Nəsr” çempionluq uğrunda mübarizədə “Əl-Hilal”dan cəmi bir xal geri qalır.
Portuqaliyalı futbolçu həmçinin Səudiyyə Ərəbistanında 2034-cü ildə keçiriləcək dünya çempionatının səfiri olmağa razılaşıb, lakin klubun vəziyyətinə etiraz əlaməti olaraq XX turun Pro Liqa matçında “Əl-Riyad”la görüşdə (1:0) meydana çıxmayıb.
Ronaldu hələ də Səudiyyə Ərəbistanında ilk çempionluğunu qazanmaq və 1000 qol hədəfinə çatmaq niyyətindədir.















































































