Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
----------------------------
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu "Şamaxı" və "Qarabağ" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda dumanlı hava şəraitində təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
İlk iki qolu "Şamaxı"nın isveçrəli legioneri Karim Rossi vurub. O, 26-cı və 41-ci dəqiqələrdə fərqlənib.
60-cı dəqiqədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov birdən-birə əsas heyətin 5 üzvünü meydançaya buraxıb. Bu əvəzləmələr 79-cu dəqiqədə kapitan Abdullah Zubirin təsəlli qolunu vurmasına yardımçı olub.
Bundan artığına gücü çatmayan Ağdam komandası növbəti mərhələ ümidini 3-4 martda keçirəcəyi cavab görüşünə saxlayıb.
-----------------------------
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Şamaxı" "Qarabağ"la üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda saat 14:30-da başlanacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Komandalar ölkə kuboku tarixində 14-cü dəfə qarşılaşacaqlar. Əvvəlki 13 matçın 2-də "Şamaxı", 9-da "Qarabağ" qələbə qazanıbsa, daha 2 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam komandasının ciddi üstünlüyü var - 22:7. Son 4 görüşdə qələbə qazanmış "Qarabağ" həm də axırıncı 9 matçda qol sevinci yaşayıb.
Günün daha bir görüşü isə "Turan Tovuz" və "Kəpəz" arasında olacaq. Qarşılaşma Tovuz şəhər stadionunun ot örtüyü səbəbindən "Azersun Arena"da baş tutacaq. Saat 19:00-da başlanacaq matçın referisi Əli Əliyev olacaq.
Komandalar ölkə kubokunda cəmi 2 dəfə üz-üzə gəliblər. 2022/2023 mövsümünə təsadüf etmiş 1/4 final oyunlarında "Turan Tovuz" üstün olub - 2:2, 2:1. Hər iki qarşılaşmada tərəflərin ikisi də qol vurub. Yeganə qələbə Tovuz təmsilçisinin hesabındadır.
Bizon Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
5 fevral (cümə axşamı)
14:30. “Şamaxı” – “Qarabağ” - 2:1
Qollar: Karim Rossi, 26; 41 - Abdullah Zubir, 79
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
19:00. “Turan Tovuz” – “Kəpəz” - 1:0
Qol: Hayderson Hurtado, 57
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Azersun Arena”
Qeyd edək ki, əvvəlki iki oyunda "Sumqayıt" evdə "Zirə"nin, "Sabah" "Qəbələ"nin müqavimətini qıra bilməyib - 0:0. Cavab görüşləri 3-4 martda keçiriləcək.





















































































