Norveçin "Budö Qlimt" komandasının qapıçısı Nikita Xaykin Çempionlar Liqasındakı qurtarışlar sayında ən yaxşı sayılıb.
Sportnet.az-ın məlumatına görə, klubun əsas mərhələdən pley-offa yüksəlməsində rusiyalı qolkiperin rolu az olmayıb.
Ona ilham verən qüvvə isə həyat yoldaşı Tanyadır. Tatyana yox, məhz Tanya.
Tanya Lyovik Norveçdə rusdilli ailədə doğulub, vaxtilə "Sevgi adası" şousunun iştirakçısı olub.
Xaykin özündən 6 ay böyük xanımla 2021-ci ildə tanış olub, 2024-cü ildə isə evləniblər.















































































