"Neftçi" Kipr "Etnikos"unun futbolçusu Breno Almeydanın transferi ilə bağlı razılıq əldə edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı sağ cinah vingerinin keçidindən ötrü 100 000 avro ödəniləcək.
Hazırda transferin yekunlaşması üçün maliyyə məsələlərinin həlli qalıb.
Qeyd edək ki, Breno Almeyda "Etnikos"a 2024-cü ilin iyulunda Braziliya "Sampayo"sundan keçib.







































































