İtaliya “Milan”ının sabiq qapıçısı Devis Vaskes karyerasını Türkiyədə davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, kolumbiyalı qolkiperin “Roma”dan icarəyə götürülməsini “Beşiktaş” klubu rəsmi saytı vasitəsilə açıqlayıb.
Tərəflər arasında imzalanan müqavilə 2025/2026 mövsümünün sonuna qədər qüvvədə olacaq və razılaşmada oyunçunun transfer hüququnun alınması opsiyası da yer alıb.
Qeyd edək ki, Devis Vaskes yay transfer pəncərəsində azad agent statusunda “Milan”dan “Roma”ya keçib. Daha əvvəl 27 yaşlı qapıçı icarə əsasında İtaliyanın “Empoli” və “Askoli”, eləcə də İngiltərənin “Şeffild Uensdey” komandasında çıxış edib. Cari mövsümdə isə Vaskes rəsmi oyunlarda meydana çıxmayıb.











































































