İspaniya "Barselona"sı Avropa Superliqası layihəsindən çıxıb.
Sportnet.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə "European Super League" şirkətini məlumatlandırıb.
"Barselona"nın layihəni tərk etməsindən sonra Super Liqada "Real Madrid" tək qalıb.
Avropa Superliqası layihəsinin yaradılması barədə elan 2021-ci ildə edilmişdi. "Barselona" həmin vaxt layihənin 12 təsisçisindən biri olaraq iştirak edirdi. Lakin UEFA layihəni tənqid edərək bildirmişdi ki, iştirakçı bütün klublar daxili, Avropa və dünya turnirlərindən kənarlaşdırıla bilər.















































































