“Nyu̇kasl” komandasının futbolçusu Bruno Gimarayns İngiltərə Premyer Liqasının yanvar ayı üçün "Creative Moment of the Month" ("Ayın kreativ anı") mükafatına layiq görülüb.
Sportnet.az məlumatına görə, braziliyalı yarımmüdafiəçi son 6 liqa oyununda 6 qol imkanında iştirak edərək diqqət çəkib. Kapitan mükafata namizəd kimi “Lids Yunayted”ə qarşı oyunda göstərdiyi möhtəşəm məhsuldar ötürmə ilə siyahıya daxil edilib. Həmin oyunda “Nyu̇kasl” “Sent-Ceyms Park”da üç dəfə geri qayıdaraq 4:3 hesabı ilə qalib gəlib.
Gimaraynsın ötürməsindən sonra top həmvətəni Joelinton tərəfindən tamamlanıb, matçın əlavə vaxtında isə kapitanın özü penaltini icra edərək hesabı bərabərləşdirib.
Nəticədə izləyicilər üçün yeddi qol vurulan möhtəşəm bir qarşılaşma meydana gəlib.
Gimarayns mükafata namizəd olan dörd oyunçudan biri sayılıb.
Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü fevralın 24-də "Sent-Ceyms Park"da keçiriləcək.
The technique on that pass ????
— Premier League (@premierleague) February 12, 2026
Your @AdobeExpress Creative Moment of the Month for January winner, Bruno Guimaraes ✨ pic.twitter.com/zjlkrbLpYM










































































