Model və influenser Corgina Rodriges sosial şəbəkədə paylaşdığı yeni video ilə yenidən diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldunun sevgilisi arzusunda olduğu evi izləyicilərinə təqdim edib. O, daşınmaz əmlakın görüntülərini “Bir zamanlar arzu idi. Bu gün isə ev, vizyon və reallıqdır” sözləri ilə paylaşıb.
Video Sevgililər Günündə yayımlandığı üçün bəzi izləyicilər bunun Ronaldunun hədiyyəsi ola biləcəyini ehtimal ediblər. Lakin nə Rodriges, nə də portuqaliyalı ulduz bununla bağlı hər hansı açıqlama verib.















































































